Rusiyada atışma olub.
Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə İnquşetiyada, Kantışevo kəndində qeydə alınıb. Bir neçə nəfər arasında yaranan mübahisə sonda silahlı insidentlə nəticələnib. Atışma zamanı 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, hadisəni yerli sakin törədib. O, saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media