Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, danışıqlar zamanı Suriya məsələsi müzakirə edilib.
Makron Putindən PKKYPG terror təşkilatlarının qorumasını istəyib.
O, hər iki təşkilatı “müttəfiq” adlandırıb.
Makron Suriyada ABŞ liderliyindəki koalisiya qüvvələrinin İŞİD terror təşkilatına qarşı apardığı mübarizənin başa çatmadığı da diqqətə çatdırıb.