İşğaldan azad olunan ərazilərdə də qanvermə aksiyaları təşkil edilib

"Bu il Aşura günü ilə əlaqədar ölkənin bütün bölgələrində, ümumilikdə 38 məntəqədə qanvermə aksiyaları təşkil olunub".

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Sədr müavini əlavə edib ki, artıq işğaldan azad edilmiş ərazilərdə də qanvermə aksiyaları keçirilir.

"Həmin məntəqələr əsasən məscidlər və ziyarətgahlardır. Sevindirici haldır ki, artıq bir neçə ildir işğaldan azad edilmiş ərazilərimizdəki məscidlər də bu təşəbbüsə qoşulub. Belə ki, Ağdam Cümə məscidində və Şuşa şəhərindəki məscidlərdə də qanvermə aksiyaları keçirilir.
 

Diqqətçəkən məqamlardan biri də odur ki, artıq bir neçə ildir qanvermə aksiyası Azərbaycan İlahiyyat İnstitutunda da təşkil edilir. Bu, təsadüfi deyil. Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə dini sahə üzrə ixtisaslı mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada gələcəyin din xadimləri, ilahiyyatçıları və dinşünasları yetişir. Bu baxımdan Aşura günü qanvermə aksiyasının məscid və ziyarətgahlarla yanaşı, məhz bu ali təhsil ocağında da keçirilməsi xüsusi məna daşıyır.


Qeyd etmək lazımdır ki, aksiyanın təşkilində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu, Qafqaz Müsəlmanları İdarəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, TƏBİB, Səhiyyə Nazirliyi, Azərbaycan Könüllülər İttifaqı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Gənclər Fondu, qeyri-hökumət təşkilatları və digər qurumlar yaxından iştirak edir, bu təşəbbüsə öz dəstəklərini verirlər".

Açıqlamada qeyd edilib ki, aksiyanın axşam saatlarına qədər davam etməsi gözlənilir.
 

"Yeni başlamasına baxmayaraq, artıq aksiyaya müraciət edənlərin sayı kifayət qədər çoxdur. Ötən illərin təcrübəsi göstərir ki, Aşura günü ərzində, hətta axşam saatlarına qədər qan vermək istəyənlərin axını davam edir. Biz də günün sonuna qədər Azərbaycan Qan Bankı ilə birlikdə bu aksiyanı davam etdirəcəyik.


Ümumiyyətlə, son illərdə Aşura günü keçirilən qanvermə aksiyalarında iştirak edənlərin sayında davamlı artım müşahidə olunur. Bunun əsas səbəblərindən biri insanların Aşura hadisəsinin mahiyyətini və fəlsəfəsini daha düzgün dərk etməsidir. Bu isə ölkədə aparılan maarifləndirmə işlərinin uğurlu nəticəsidir.

Digər mühüm səbəb isə insanların topladıqları qanların talassemiya və hemofiliya kimi xəstəliklərdən əziyyət çəkən insanlara, xüsusilə də uşaqlara yardım məqsədilə istifadə olunduğunu bilmələridir. Azərbaycan insanı hər zaman xeyirxahlığı və yardımlaşma ənənələri ilə seçilib. İnsanlar anlayırlar ki, onların verdiyi qan kiminsə həyatını xilas edə bilər və məhz buna görə də bu aksiyalarda böyük həvəslə iştirak edirlər.
 

Beləliklə, insanlarımız və ümumilikdə dünya müsəlmanları Aşura gününün əhəmiyyətini, eləcə də İmam Hüseynin hansı ali məqsədlər uğrunda şəhid olduğunu daha dərindən dərk etməyə başlayırlar. Məhz buna görə də Aşura mərasimlərinin mahiyyəti və keçirilmə forması ilə bağlı cəmiyyətdə daha düzgün təsəvvür formalaşır.


Bu gün insanlar anlayırlar ki, İmam Hüseynin təbliğ etdiyi humanizm, ədalət, mərhəmət və fədakarlıq dəyərlərinə uyğun davranış nümayiş etdirmək daha vacibdir. Ona görə də Aşura günü qəmə vurmaq və ya özünə xəsarət yetirmək əvəzinə, hemofiliya və talassemiya kimi xəstəliklərdən əziyyət çəkən insanlar üçün qanvermə aksiyalarında iştirak etmək daha faydalı və xeyirxah bir addımdır.

Bu nöqteyi-nəzərdən Aşura günü qanvermə aksiyalarının keçirilməsi və insanların bu aksiyalarda böyük həvəslə, axın-axın iştirak etməsi Azərbaycan cəmiyyətinin humanist dəyərlərə sadiqliyinin, yüksək mədəniyyətinin və mərhəmət hissinin parlaq nümunəsidir. Bu, həm də dini-mənəvi dəyərlərin müasir dövrdə düzgün anlaşılmasının və praktik xeyirxahlıq formasında yaşadılmasının göstəricisidir".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

End of content

No more pages to load

RADİO