Toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatı və toxumlara sertifikatların verilməsi üçün dövlət rüsumları müəyyən edilib.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanun layihəsində əks olunub.
Layihəyə əsasən, toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatına və toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə:
- seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın verilməsi – 50 manat;
- seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) informasiya sistemindən çıxarışın dublikatının verilməsi – 10 manat;
- toxumlara sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsi (bir sənəd) – 25 manat məbləğində dövlət rüsumu müəyyənləşdirilib.
Günay Şahmar, Bizim.Media