Nazir məktəblilərin basketbol yarışını izlədi - FOTO

İyunun 24-də Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində basketbol idman növü üzrə final və üçüncü yer uğrunda oyunlar keçirilib.
 
Bu barədə Bizim.Media-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bakı İdman Sarayında təşkil olunan yarışları Azərbaycan Basketbol Federasiyasının prezidenti, elm və təhsil naziri Emin Əmrullayev də izləyib. 
 
Oğlanlar arasında keçirilən final qarşılaşmasında RİOEUGİM-2 komandası Gəncə UGİŞM komandasını 36:11 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Qızların final oyununda isə İOEUGİM-8 komandası Gəncə UGİŞM-1 komandasına 42:14 hesabı ilə qalib gələrək birinci yerə layiq görülüb.
 

Oğlanların üçüncü yer uğrunda oyununda İOEUGİM-8 komandası UGİM-10 komandasını 49:13 hesabı ilə məğlub edib. Qızlar arasında keçirilən üçüncü yer uğrunda qarşılaşmada isə Cəlilabad UGİM komandası Tovuz UGİŞM komandasına 23:9 hesabı ilə qalib gəlib.


 Yarışların sonunda qalib və mükafatçılara medal, diplom və kuboklar təqdim olunub.
 
Mükafatlar elm və təhsil naziri Emin Əmrullayev,  nazir müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının icraçı vitse-prezidenti Fərrux Mahmudov, Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev tərəfindən təqdim edilib. 
 
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası ölkəmizdə ilk dəfə təşkil olunur. Olimpiadanın əsas məqsədi məktəblilər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təşviqi və gənc idmançıların inkişafına dəstək göstərilməsidir. Yarışlar iyunun 26-dək davam edəcək.



















Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

End of content

No more pages to load

RADİO