Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib -red.) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb.
Bizim.Media xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini günə-gün başa vurub. O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.
Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib. (Qafqazinfo.az)
Bizim.Media