Toxumçuluğun inkişafını dəstəkləmək məqsədilə bir sıra dövlət dəstəyi mexanizmləri tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Toxumçuluq haqqında” qanun layihəsində əks olunub.
Layihəyə əsasən, Azərbaycan Respublikasında toxumçuluğa dövlət dəstəyi aşağıdakılardan ibarət olacaq:
- yerli toxumların istehsalı və satışı üçün subsidiyaların verilməsi;
- toxumçuluq sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə kreditlərin verilməsi;
- toxumluq əkinlərin sığortalanması üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;
- toxumçuluq sahəsində tarif (qiymət) siyasətinin həyata keçirilməsi;
- normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər iqtisadi təşviq tədbirlərinin tətbiqi.
Qeyd edək ki, bu qanun qüvvəyə mindiyi gündən “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanunu ləğv ediləcək.
Günay Şahmar, Bizim.Media