ABŞ Konqresində konfrans: Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmalıdır - FOTO

İyunun 24-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Konqres binasında (Kapitol Hill) Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və öz müqəddəratını təyinetmə: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

BTQ-dən Bizim.Media-ya verilən məlumata görə, konqresdə keçirilən bu tədbir azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına dair həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən tanıdılması işinə mühüm töhfə kimi qiymətləndirilə bilər.

Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış ekspertlər, insan hüquqları müdafiəçiləri, beynəlxalq hüquq üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və Qərbi Azərbaycan kökənlı həmvətənlərimiz iştirak edib.

Konfrans iştirakçıları etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının nümunəsində fundamental hüquqlarının – öz tarixi torpaqlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququnun tanınmasının beynəlxalq təşkilatların diqqət mərkəzində daim saxlanılmasının vacibliyini vurğulayıblar.
 

Ermənistanda qalan Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irsin, o cümlədən toponimlərin, məscidlərin, qəbiristanlıqların, ziyarətgahların və digər abidələrin sistemli şəkildə dağıdılması, təhqir olunması və mənimsənilməsi faktlarına beynəlxalq hüquq müstəvisində hüquqi qiymət verilməsi və bu xüsusda qeyd olunan pozuntuların beynəlxalq təşkilatlar tərəfindən yerində araşdırılması və sənədləşdirilməsi tələb olunub.


Tədbiri ABŞ-də fəaliyyət göstərən erməni mediasının nümayəndələri, o cümlədən Amerika Erməni Milli Komitəsinin (ANCA) təmsilçiləri də zaldan izləyiblər. Lakin tədbirin gedişi zamanı hər hansı insident qeydə alınmayıb. Konfransda çıxış edən ABŞ-də yaşayan Qərbi Azərbaycan əsilli həmvətənlərimiz öz şəxsi hekayələrini və qaçqınlıq təcrübələrini bölüşərək, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların yaşadığı humanitar faciəni təqdim ediblər.

Zikh icmasının nümayəndələri isə təhlükəsiz, könüllü və ləyaqətli qayıdış hüququnun yalnız humanitar məsələ deyil, həm də fundamental insan hüququ və tarixi ədalətin bərpası məsələsi olduğunu vurğulayıblar. Eyni zamanda, tədbirdə ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Oussama Cammal və “Our Sister Our Brother” təşkilatının təsisçisi və baş icraçı direktoru Metyu Stevart çıxış edərək, etnik zəmində ayrı-seçkiliyin, məcburi didərginliyin və hüquq pozuntularının yolverilməzliyini qeyd etmiş, didərgin salınmış icmaların hüquqlarının müdafiəsi, onların səsinin beynəlxalq platformalarda eşidilməsi və beynəlxalq həmrəyliyin gücləndirilməsinə diqqət çəkiblər.
 

Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən ABŞ Konqresinin üzvlərinə ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə qayıdış hüququnun və xalqların öz müqəddəratını təyinetmə hüququnun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ardıcıl, ədalətli və ayrı-seçkiliyə yol verilmədən tətbiq edilməsinin zəruriliyi vurğulanır.


Sənəddə Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdış hüququna beynəlxalq dəstəyin göstərilməsi, onların əmlak hüquqlarının bərpası və mədəni irsinin qorunmasının vacibliyi qeyd edilir. Bununla yanaşı, müraciətdə Zikh icmasının və Niderland müstəmləkəçiliyi altında olmuş ərazilərin xalqlarının hüquqları ilə bağlı narahatlıqlar da əksini tapır, bu məsələlərin ABŞ Konqresi diqqətə alınmasına çağırış olunur.

Müraciətdə qayıdış hüququ, öz müqəddəratını təyinetmə və universal insan hüquqlarının selektiv yanaşmalardan kənar, vahid və prinsipial əsaslarla müdafiəsinin vacibliyi vurğulanır.





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

End of content

No more pages to load

RADİO