Balıqçılıq su obyektlərində akvakultura fəaliyyəti “akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi” əsasında həyata keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" qanun layihəsində əks olunub.
"Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat məbləğində dövlət rüsumu müəyyən ediləcək.
Günay Şahmar, Bizim.Media