Bakıda vətəndaş narıncı “iPhone” aldı, indi rəngi dəyişir – Video

Bakıda müştərinin aldığı “iPhone 17 Pro” markalı telefon ona problem yaradıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya S.Məmmədova adlı vətəndaş müraciət edib. Onun sözlərinə görə, təxminən 6 aydır işlətdiyi telefonun korpusu rəngini dəyişməyə başlayıb.

Vətəndaş bildirib ki, “iPhone”un trend olan narıncı rəngindən alıb, amma bir müddət sonra heç bir kənar müdaxilə və ya təsir olmadan həmin narıncı çəhrayı tona keçməyə başlayıb:

“Cari ilin dekabr ayında “Baku Electonics”in Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki filialından telefon aldım. Ən çox sevdiyim isə yeni çıxan narıncı rəngi idi. Lakin bir neçə ay sonra fərqinə vardım ki, narıncı rəng çəhrayıya çevrilir...”

S.Məmmədova bunu görən kimi satıcı şirkətə müraciət edib:

“Onlara bunu bildirdikdə dedilər ki, “Apple”ın problemidir. Gülməli haldır ki, biz məhz bu telefonların rənginə görə artıq ödəniş edirik. Rənglərə görə qiymət də dəyişir. Bəs, niyə o zaman belə bir problem yaranır?”

Şikayətçi əlavə edib ki, zaman keçdikcə telefonun bütün korpusunun rəngini dəyişəcəyindən və görüntünün daha qeyri-estetik olacağından da narahatdır.

İddialarla əlaqədar “Baku Electonics”lə əlaqə saxlasaq da, rəsmi cavab ala bilmədik.
 

Məlumat üçün bildirək ki, “iPhone 17 Pro”nun “cosmic orange” rəngində çəhrayılaşma iddiaları bir müddət əvvəl dünya mediasında da gündəm olmuşdu. Məlumatlara görə, bəzi cihazlarda narıncı rəng zaman keçdikcə çəhrayı və ya rose-gold çalarına doğru dəyişir. Başqa bir istifadəçi isə cəmi dördgünlük “iPhone 17 pro” cihazında kamera hissəsinin gün işığında çərçivədən daha tünd göründüyünü bildirib. Mütəxəssislər mümkün səbəblər arasında peroksid tərkibli təmizləyici vasitələrin istifadəsini və ya uzunmüddətli ultrabənövşəyi (UV) şüalara məruz qalmanı göstərirlər.


Maraqlıdır ki, “iPhone 17 pro” seriyasının digər daha solğun rəng variantlarında bu problem müşahidə olunmayıb. “Apple” hələlik bununla bağlı rəsmi açıqlama verməyib.

Bununla belə, bəzi istifadəçilər “Apple Support” tərəfindən cihazlarının yoxlanıldıqdan sonra yenisi ilə əvəz edildiyini bildiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Türkiyədə Azərbaycan Bulvarı İSTİFADƏYƏ VERİLDİ

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

Metroda tüstülənmə: 250 nəfər təxliyə edildi

"Qarabağ" "Zirə"yə qalib gəldi

"Qarabağ" "Zirə"yə qalib gəldi

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

Ağ çörək, yoxsa qara - Hansı daha FAYDALIDIR?

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

“Yasımda yemək verilməsin, 5-10 dəqiqə oturub gedin”- VİDEO

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

İran Avrasiya İqtisadi İttifaqı ilə fəal əməkdaşlığa HAZIRDIR

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

Marketlərdən 1400 manatlıq lotereya bileti oğurlayan şəxs SAXLANILDI

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

End of content

No more pages to load

RADİO