Moskvanın Taqanski Məhkəməsi “Google”u 4,6 milyard rubl məbləğində cərimələyib.
Bizim.Media xəbər verir ki, buna səbəb “YouTube” platformasında yayılan videolar olub.
Belə ki, “Google”a qarşı protokolun yaradılmasına səbəb, Rusiya ordusunun xüsusi əməliyyat zamanı itkiləri, mülki əhalinin itkiləri və nüvə silahından istifadə planları barədə məlumatların yer aldığı bir neçə videoçarx olub.
Bizim.Media