Şimali Kiprdə batan gəmidə 4 Azərbaycan vətəndaşı olub.
MÖVZU İLƏ BAĞLI:
Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu yayıb.
Onun sözlərinə görə, iki sərnişin və ekipaj üzvlərindən ikisi azərbaycanlı olub. Onlar xilas edilib.
Azərbaycan vətəndaşı olan iki sərnişinə xəstəxanada ambulator yardım göstərilib və onlar evə buraxılıblar.
Gəmi ekipajının üzvləri olan iki vətəndaşımız — Valeh Hümmətov və Rəşad İbrahimov da ilkin tibbi müdaxilədən sonra xəstəxanadan buraxılıblar. Onların da vəziyyəti yaxşıdır.
Qeyd edək ki, bu gün Şimali Kipr sahillərində göyərtəsində 267 sərnişinin olduğu gəmi batıb. İndiyə qədər 242 nəfər xilas edilib, 8 nəfər ölüb. 17 nəfərin axtarışı davam etdirilir. (Apa.az)
Bizim.Media