Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Denis Şuvayevin sözlərinə görə, avqustun 30-da günorta saatlarında Belqorodda bir neçə partlayış baş verib və şəhərin müxtəlif rayonları üzərində tüstü yüksəlib.
Bizim.Media xəbər verir ki, yerli kanalların və Ukrayna mənbələrinin məlumatına görə, zərbələr şəhərin istilik elektrik stansiyasına və elektrik yarımstansiyalarına dəyib.
Eyni vaxtda Ozon şirkəti ilə əlaqəli anbar kompleksində də yanğın baş verib. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.


Bizim.Media