"Kipr sahillərində batan bərənin kapitanı və ekipajı batma təhlükəsini nəzərə almayıb və sərnişinləri kifayət qədər xilasedici jiletlə təmin etmədən gəmini tərk ediblər".
MÖVZU İLƏ BAĞLI:
Göyərtəsində 267 nəfər olan gəmidən 172 nəfər xilas edildi - 6 ölü var
Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub
Bizim.Media xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin nəqliyyat naziri Erhan Arıklı "AHaber" telekanalının efirində bildirib.
Nazirin sözlərinə görə, qəza nəticəsində batan bərə tamamilə suyun altında qalıb və hazırda 514 metr dərinlikdə yerləşir.
Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ünal Üstel daha əvvəl faciə nəticəsində ölənlərin sayının yeddi nəfərə çatdığını açıqlayıb. Xilasedicilər sudan 237 nəfəri çıxarıblar, daha 23 nəfərin axtarışları davam edir.
Sağ qalan sərnişinlər bildiriblər ki, gəminin ekipajı batma təhlükəsinə məhəl qoymayıb. Onların sözlərinə görə, kapitan və matroslar sərnişinləri taleyin ümidinə buraxaraq bərəni tərk ediblər. Bundan başqa, gəmidə xilasedici jiletlərin sayı kifayət qədər olmayıb. Bu səbəbdən uşaqlar və yaşlı sərnişinlər oturacaqların altında gizləniblər.
Gəmi Girne şəhərinin sahilindən təxminən 2,5 kilometr aralıda çevrilib. Bərənin göyərtəsində 259 sərnişin və səkkiz ekipaj üzvü olub.
Məlumata görə, gəmi Türkiyənin Taşucu limanına yollanırmış. Reys daha əvvəl dənizdə güclü fırtına səbəbindən ləğv edilmişdi. (Oxu.az)
Bizim.Media