Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyadan sonra Yaponiyada da ayılara qarşı qətliam başlayıb. Ayılar insan məskənlərinə yaxınlaşır, hücumlar artır, nəticədə məsələ ciddi təhlükəsizlik və ekoloji problem kimi müzakirə olunur. Yaxın qonşu ilə Uzaq Şərq problemin həlli üçün özlərinə əziyyət vermirlər, məsələni kökündən həll edirlər: Rusiyada ayının çadıra girib turisti öldürməsindən sonra artıq 10-a yaxın ayı canından olub. Yaponiya isə daha irimiqyaslı qırğına keçib – 14 min ayını öldürüblər.

Muradına çatmayan ayılar

Ayıların öldürülməsinə səbəb isə avqust ayında erkək ayıların davranışlarının dəyişməsi ilə bağlıdır. Belə ki, cütləşmək istəyən erkək ayılar dişiyə yaxınlaşmağa çalışsa da, arzuları gözlərində qalır. Çünki əvvəlki doğuşdan olan balalar hələ tam böyüyüb müstəqil həyata başlamadıqları üçün ana ayı öz balasını erkək ayıdan üstün tutur.

Rədd cavabı alan erkək ayılar isə aqressivləşərək balalara hücum edir, onları öldürür, hətta kəndlərə yaxınlaşaraq insanlara təhlükə yaradırlar. Yəni bu mövsümdə ayı hücumlarının səbəbi, çoxlarının düşündüyü kimi, aclıq deyil. Məsələ daha çox cütləşmə uğrunda rəqabət, erkək ayıların aqressivləşməsi və ana ayının balalarını qoruma instinkti ilə bağlıdır.

Bəs Azərbaycanda vəziyyət necədir? Maraqlıdır, indiyə kimi yay aylarında nə qədər ayı hücumu qeydə alınıb?

Bunu öyrənmək üçün əlaqədar qurumlara üz tutduq. Məlum oldu ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Kənd Təsərrüfatı nazirliklərində belə statistika aparılmır.
 

Düşündük ki, heç olmasa vəhşi heyvanların insanlara hücumları barədə məlumatları toplayan səhiyyə qurumlarında olar. Amma Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən də səs çıxmadı. Mətbuatda isə ayrı-ayrı hücumlarla bağlı pərakəndə xəbərlərdən başqa “ələ gələn” məlumat yoxdur.


Ən maraqlısı budur ki, ayı hücumlarının baş verdiyini bilirik: kəndlərə ayı girir, təsərrüfatlara zərər dəyir, insanlara hücum xəbərləri yayılır. Amma bütün bunları bir yerə yığıb soruşanda ki, “Yaxşı, bəs bu il neçə dəfə hücum olub?”, statistikanın qapısı üzümüzə bağlanır.

Buradan belə qənaətə gəmək olar ki, milli ayıların taleyi qarşısında üç ehtimal qalır:

Birinci ehtimal odur ki, bizim ayılar bu il özlərini çox düzgün aparıblar: statistika yaratmaq üçün nə qurumları narahat ediblər, nə də dövlətin hesabatlarına düşüblər.

İkinci ehtimal: ayı hücumu ümumiyyətlə təhlükəli deyil. Yəni ayı adamı dişləyibsə, bu, təbiətin kiçik bir anlaşılmazlığıdır, rəqəmə çevirməyə dəyməz.

Üçüncü ehtimal isə daha maraqlıdır: bəlkə bizim erkək ayılara nəsil artırmaq lazım deyil...? Dünyanın başqa yerlərində ayıların aqressiv əkc cins istəyi ciddi müzakirə mövzusudur, bizdə isə abırlı ayılar görünməzlik rejiminə keçiblər. Ya da “qış yuxusu”na indidən giriblər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

"Qızımı belə böyütməməli idim"

"Qızımı belə böyütməməli idim"

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Keçmiş sevgililər geri qayıda bilər: Bu bürclərin nəzərinə

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Pezeşkian Moskvayaya gedir: Nəyi müzakirə edəcəklər?

Sürücülərin nəzərinə!

Sürücülərin nəzərinə!

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Merz narahatdır: Almaniya-Rusiya yeni müharibəyə başlaya bilər?

Mona Lizanı görə bilmədilər

Mona Lizanı görə bilmədilər

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

ABŞ geri çəkilir, Avropaya çağırış: Ukraynanı yalnız siz xilas edə bilərsiniz

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ölüm xəbəri yayılan Kim Çen İn Çində belə qarşılandı - VİDEO

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Ərdoğan: Milli kimliyimizi itirdik, tarixi məscidlərimizi tövləyə çevirdilər

Payız depressiyasının çarəsi olan 10 qida

Payız depressiyasının çarəsi olan 10 qida

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Dünyada süd vəzi xərçəngi ilə bağlı yeni statistika açıqlanıb

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

Tramp Rusiyaya qarşı yeni sanksiyaların ləğvinə hazırlaşır

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

2026-cı ilin ən yaxşı hibrid avtomobilləri seçildi – SİYAHI

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi - Axtarışdadırlar

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Avtobusda sürücü və sərnişin arasında DAVA – VİDEO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Təzə İphone almaq üçün qısa müddətə pul yığmağın yolu – Bu cədvəli çəkin - FOTO

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tələbəni öldürüb, tutulmamaq üçün cinsiyyətlərini DƏYİŞDİLƏR

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Tovuzda köməksiz vəziyyətdə qalan körpə belə xilas edildi – VİDEO

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Paytaxtda leysan XƏBƏRDARLIĞI

Dilarə Əliyevaya vəzifə verildi

Dilarə Əliyevaya vəzifə verildi

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Gələcəyə inamını itirən gənclik -Niyə yatırım etmək əvəzinə kor-koranə pul xərcləyirlər?

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

End of content

No more pages to load

RADİO