İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ABŞ Prezidenti Donald Trampın İran donanmasının məhv edilməsi ilə bağlı dəfələrlə səsləndirdiyi iddiaları təkzib edib.
Bizim.Media xəbər verir ki, o bildirib ki, İran Hərbi Dəniz Qüvvələri döyüş qabiliyyətini qoruyur və qarşıya qoyulan tapşırıqları yerinə yetirməkdə davam edir.
«Hərbi Dəniz Qüvvələri sağ-salamatdır, öz missiyasını güc və iradə ilə yerinə yetirməyə davam edir. Sevdiyimiz İranı qorumaq, eləcə də böyük İran xalqının təhlükəsizliyini təmin etmək və qorumaq üçün səylərimizi əsirgəməyəcəyik», – deyə İrani bildirib.
Bizim.Media