Norveçdə 53 yaşlı vəliəhd Hokondanın atası, kral V Haraldın vəfatından sonra ölkənin yeni kralı VIII Hokon adı ilə taxta çıxıb.
Bizim.Media xəbər verir ki, yeni kral monarxiyanın reputasiyasına təsir edən bir sıra qalmaqallar fonunda hakimiyyətə gəlib. Bunların arasında kraliça Metti-Marit və onun böyük oğlu Marius Borq Høybinin adı ilə bağlı qalmaqallar xüsusi yer tutur.
Marius Borq Høybi iyun ayında zorlama ittihamı ilə 4 il müddətinə həbs cəzasına məhkum edilib. Digər tərəfdən, Metti-Maritin mərhum cinsi cinayətkar Cefri Epşteynlə yazışmaları da ciddi rezonans doğurub. Kraliça daha əvvəl Epşteyn tərəfindən manipulyasiya və aldadıldığını etiraf edib.
Yeni kral isə həyat yoldaşını müdafiə edərək nikahın həm yaxşı, həm də çətin günlərdə birlikdə olmağı nəzərdə tutduğunu bildirib.
Hokonun 22 yaşlı qızı, şahzadə İnqrid Aleksandra hazırda Norveç taxtının birbaşa varisidir.


Bizim.Media