ABŞ Prezidenti Donald Tramp Kanada şirkətlərinin bizneslərini kütləvi şəkildə ABŞ-a köçürdüyünü iddia edib.
Bizim.Media xəbər verir ki, Tramp Truth Social hesabında yazıb ki, ABŞ avtomobilləri və bir çox digər məhsulları özü istehsal etmək istəyir.
“Kanada şirkətləri kütləvi şəkildə ABŞ-a gəlirlər. Biz avtomobilləri və bir çox başqa məhsulları özümüz istehsal etmək istəyirik. Məhz belə də olacaq.
Kanada illərdir bizdən qazanc götürürdü – ARTIQ BUNA SON QOYULACAQ!” – deyə Tramp bildirib.

Bizim.Media