Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşı vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun sosial media hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı aparatının Sosial-İqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi, 3-cü dərəcə dövlət qulluqçusu Tariyel Əlixan oğlu Məmmədov vəfat edib.
Mərhumun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.

Bizim.Media