Oğuz rayonunda avtomobil aşıb, xəsarət alanlar var.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində maşında olan yeddi nəfər xəsarət alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəsarət alanlar sürücü 37 yaşlı Aybəniz Sadıqova, sərnişinlər - 66 yaşlı Mirvari Balammədova, Arzu Əliyev (65), Ramiz Balammədov (71), Nərmin (13), Nərgiz (10) və Nuran (2) Sadıqovalardır.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media