Tovuzda ailə münaqişəsi zəminində qan tökülüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aralarında yaranan mübahisə zamanı ər öz həyat yoldaşını boğaz nahiyyəsindən bıçaqla xəsarət yetirib.
2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva boğaz nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu