Tovuzda 17 yaşlı oğlanı ilan sancıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Kənd sakini, 2009-cu il təvəllüdlü Yasin Namazov ilan sancma diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin versiyaya görə ilan 17 yaşlı yeniyetməni fındıq yığarkən sancıb. Ona ilkin tibbi yardım göstərilib, ilan zəhəri əlehinə zərdab vurulub. Hazırda müalicəsi davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu