Azərbaycan–Özbəkistan münasibətlərində YENİ DÖVR - 13 sənədlə rəsmiləşən STRATEJİ XƏTT

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana iki günlük dövlət səfəri mühüm hadisələrlə yadda qaldı.

Səfər çərçivəsində aparılan danışııqlar və imzalanan sənədlərə diqqət edəndə, əldə olunan nəticələrə nəzər salanda bu səfərin tarixi hadisə olduğuna heç bir şübhə qalmır.

Ümumilikdə İlham Əliyevin dövlət səfəri çərçivəsində 13 sənəd imzalanıb və ya qəbul edilib. Bu sənədlərdən ikisini birbaşa prezidentlər imzalayıb. Digər sənədlər isə dövlət başçılarının iştirakı ilə rəsmiləşdirilib.

Ən mühüm sənəd təbii ki, “Əbədi dostluq” Müqaviləsidir

Tək bu sənədin imzalanması səfərin nə qədər uğurlu olduğunu göstərir. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması səfərin siyasi baxımdan nəticələrini möhtəşəm edir. Bu sənəd münasibətləri sadəcə strateji tərəfdaşlıq səviyyəsində saxlamır, iki ölkənin uzunmüddətli və qarşılıqlı etimada əsaslanan müttəfiqlik münasibətlərini siyasi-hüquqi baxımdan möhkəmləndirir.

Bütün bunlarsa iki ölkənin münasibətlərinin təsadüfi siyasi yaxınlaşma deyil, institusional xarakter aldığını göstərir.

Beləliklə Daşkənddə imzalanan 13 sənəd konkret hədəfləri müəyyən edib. Bu iki ölkənin bundan sonra birgə addımlayacağı yeni Yol Xəritəsidir.

Bəs dövlət səfəri çərçivəsində hansı sənədlər imzalanıb və onların istiqamətləri nədir?

1. Əbədi Dostluq haqqında Müqavilə.

Bu Müqavilə iki ölkənin münasibətlərində yeni mərhələ açan strateji sənəddir. Müqavilənin ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan münasibətləri əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində qurulur. Yəni sənəd mövcud münasibətlərin sadəcə emosional ifadəsi deyil, onların uzunmüddətli hüquqi-siyasi çərçivəyə salınmasıdır.

Bu, əslində, son illərdə formalaşmış xəttin məntiqi davamıdır. Məlum olduğu kimi 2024-cü ildə iki ölkə müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladı. 2025-ci ildə isə onun həyata keçirilməsi üzrə 2025–2029-cu illəri əhatə edən “Yol xəritəsi” qəbul edildi.

2. Ali Dövlətlərarası Şuranın III iclasının Qərarı.

Bu sənəd prezidentlər səviyyəsində əldə olunmuş razılaşmaların icrasını və iki ölkə arasında koordinasiyanı gücləndirir.

3. Pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş

Bu sənəd sosial təminat məsələlərində əməkdaşlıq üçün hüquqi çərçivə yaradır.

4. Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş

Azərbaycan və Özbəkistanın ortaq türk-mədəni irsinin təbliği və mədəni əlaqələrin genişləndirilməsinə yönəlib.

5. Turizm sahəsində əməkdaşlıq haqqında Saziş

Qarşılıqlı turist axınının artırılması və turizm layihələrinin genişləndirilməsini nəzərdə tutur.

6. 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması Proqramı

İqtisadi əlaqələrin konkret hədəfini müəyyənləşdirir.

7. İnvestisiya və ticarət sahəsində razılaşmaların icrası üzrə Praktik Tədbirlər Planı

İmzalanan sənəd iqtisadi razılaşmaların real layihələrə çevrilməsinə xidmət edir.

8. Xarici İşlər nazirlikləri arasında 2027–2028-ci illər üzrə Əməkdaşlıq Proqramı

Diplomatik və siyasi koordinasiyanın davamlılığını təmin edir.

9. Ədliyyə nazirlikləri arasında 2027–2028-ci illər üzrə Əməkdaşlıq Proqramı

Hüquq və ədliyyə sahəsində təcrübə mübadiləsini genişləndirir.

10. Kinologiya sahəsində əməkdaşlıq haqqında Memorandum

Xüsusi təlim keçmiş itlərdən istifadə və müvafiq sahədə təcrübə mübadiləsini əhatə edir.

Bundan başqa, üç şəhər arasında qardaşlıq münasibətlərinin yaradılması ilə bağlı protokollar imzalanıb:

11. Xankəndi – Ürgənc

12. Buxara – Laçın

13. Ürgənc – Naxçıvan

Bu protokollar da təsadüfi deyil. Onlar dövlətlərarası münasibətlərin regionlar və şəhərlər səviyyəsində də qurulduğunun göstəricisidir.

Təbii ki, bu səfəri yalnız “13 sənəd imzalandı” faktı ilə qiymətləndirmək düzgün olmaz.
 

Sənədlərin strukturuna nəzər salanda Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi, iqtisadi, investisiya, nəqliyyat, sosial, mədəni və regional əməkdaşlıq istiqamətlərinin hamısını əhatə edən kompleks model qurulduğu görünür.


Xüsusilə 2030-cu ilədək ticarətin 1 milyard dollara çatdırılması hədəfi və investisiya üzrə praktiki tədbirlər planı münasibətlərin siyasi bəyanatlardan real iqtisadi layihələr mərhələsinə keçdiyini göstərir. Səfər zamanı bank işi, tikinti materialları, təhsil, turizm, yanacaq infrastrukturu, yaşayış kompleksləri, mineral xammalın emalı və bağçılıq kimi sahələrdə birgə layihələr də işə salınıb.

Yəni 13 sənədin arxasında daha böyük siyasi məna var. Azərbaycan-Özbəkistanla münasibətləri artıq sadəcə dostluq və strateji tərəfdaşlıq deyil, konkret layihələr və institusional mexanizmlərlə möhkəmləndirilən uzunmüddətli müttəfiqlik modelinə çevrilir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

Sarkisyana qarşı da cinayət işi AÇILDI

Sarkisyana qarşı da cinayət işi AÇILDI

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

Məleykə Abbaszadədən təsirli paylaşım - FOTO

Məleykə Abbaszadədən təsirli paylaşım - FOTO

Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi

Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi

Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Azərbaycan–Özbəkistan münasibətlərində YENİ DÖVR - 13 sənədlə rəsmiləşən STRATEJİ XƏTT

Azərbaycan–Özbəkistan münasibətlərində YENİ DÖVR - 13 sənədlə rəsmiləşən STRATEJİ XƏTT

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO

Medvedev: “Zelenskini də Saakaşvilinin aqibəti gözləyir”

Medvedev: “Zelenskini də Saakaşvilinin aqibəti gözləyir”

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

SSRİ agentinin nəvəsi Fransa prezidentliyinə gedir – ailənin arxivi açıldı

Tofiq Bakıxanov son mənzilə yola salındı – FOTO

Tofiq Bakıxanov son mənzilə yola salındı – FOTO

Tovuzda AİLƏ FACİƏSİ – Ər 20 yaşlı arvadını bıçaqladı

Tovuzda AİLƏ FACİƏSİ – Ər 20 yaşlı arvadını bıçaqladı

Anasının gözləri qarşısında maşın vurub öldürdü – Video

Anasının gözləri qarşısında maşın vurub öldürdü – Video

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ – FOTO

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ – FOTO

Rasim Balayevin qəbirüstü abidəsi belə olacaq

Rasim Balayevin qəbirüstü abidəsi belə olacaq

End of content

No more pages to load

RADİO