Kreml Rusiya Federasiyasında yeni səfərbərlik dalğasının keçiriləcəyi ilə bağlı iddiaları təkzib edib.
Bizim.Media xəbər verir ki Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə RTVI telekanalına açıqlamasında bildirib.
Peskov bu cür məlumatların Ukrayna tərəfindən məqsədyönlü şəkildə yayıldığını iddia edib.
"Bilirsiniz, bunların hamısını Ukrayna hakimiyyəti dövriyyəyə buraxır. Təbii ki, onlar ideoloji cəhətdən ölkəmizdəki vəziyyəti sarsıtmağa çalışırlar. Bunların hamısı informasiya məkanına məqsədyönlü şəkildə ötürülən dezinformasiyalardır”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın sentyabrda keçiriləcək parlament seçkilərindən sonra 300 min nəfəri səfərbər edə biləcəyini bəyan etmişdi.
Həmçinin "The Wall Street Journal" (WSJ) nəşri də Qərb kəşfiyyatına istinadən Kremlin yeni səfərbərlik dalğasına hazırlaşdığını, lakin hələlik yekun qərarın verilmədiyini yazmışdı.
Bizim.Media