Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Azərbaycanda sənədsiz evlərlə bağlı “əmlak amnistiyası” məsələsi uzun illərdir müzakirə olunur. Xüsusilə çıxarış ala bilməyən yaşayış evlərinin leqallaşdırılması və vətəndaşların mülkiyyət hüquqlarının tanınması əsas gözləntilər sırasındadır. Belə bir mexanizmin tətbiqi sənədsiz ev sahiblərinin əmlakını rəsmiləşdirməsinə və kommunal problemlərin həllinə imkan yarada bilər.

Əmlak amnistiyası hansı sənədsiz evlərə şamil oluna bilər? Sənədsiz evlərin leqallaşdırılması üçün hansı meyarlar əsas götürülməlidir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika.az”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq müzakirələr aparıldığını və məsələnin, böyük ehtimalla, Prezidentin müvafiq sərəncamından sonra həllini tapacağı gözlənildiyini bildirib.

Onun sözlərinə görə, burada əsas problem evlərin deyil, həmin tikililərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusu ilə bağlıdır.

Belə ki, sənədsiz evlərin əksəriyyəti dövlət və ya bələdiyyə torpaqlarında, bir qismi isə müəssisələrə məxsus ərazilərdə inşa edilib:

“Evlərə çıxarışların verilməsi ilə bağlı ciddi problem yoxdur. Əsas çətinlik həmin evlərin yerləşdiyi torpaq sahələrinin hüquqi statusudur. Çıxarış verildikdən sonra həmin torpaqların aqibətinin necə olacağı məsələsi ortaya çıxır. Bəzi evlərin yerləşdiyi ərazilərin statusu isə onların sənədləşdirilməsinə imkan verməyə bilər. Söhbət neft müqavilələrinin əhatə etdiyi ərazilərdən, yüksək gərginlikli elektrik xətlərinin və yüksək təzyiqli qaz kəmərlərinin altından, su kəmərlərinin üzərindən, həmçinin dəmir yollarının yaxınlığından gedir. İnsanların təhlükəsizliyi üçün risk yaradan belə ərazilərdə yerləşən evlərin gələcəkdə sökülməsi də mümkündür”.

R.Qasımzadə əlavə edib ki, bələdiyyə mülkiyyətində olan torpaqlarda inşa edilmiş bəzi sənədsiz evlərlə bağlı artıq həll yolu müəyyənləşdirilib.

Belə hallarda vətəndaşların bələdiyyələrə müraciət etməsi, zəbt olunmuş torpaq sahələrinin isə bazar qiymətinə uyğun olaraq onlara satılması nəzərdə tutulur:

“Bu proses artıq respublikanın digər rayonlarında həyata keçirilir. Bakı və Abşeronda da tətbiqi nəzərdə tutulur. Radiasiya çirklənməsinə məruz qalmış ərazilərdə və onlara yaxın sahələrdə, həmçinin neft müqavilələrinin əhatə etdiyi torpaqlarda, yüksək təzyiqli qaz kəmərlərinin və yüksək gərginlikli elektrik xətlərinin altında, eləcə də insanların təhlükəsizliyinə birbaşa təhdid yaradan digər ərazilərdə yerləşən evlərə çıxarış verilməsi mümkün olmayacaq”.

Ekspert kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən evlərin də vəziyyətinin ayrıca qiymətləndiriləcəyini bildirib:

“Torpağın təyinatının dəyişdirilməsi mümkün olduğu halda həmin evlərin də sənədləşdirilməsi mümkün ola bilər. Digər yaşayış məntəqələrinin ərazisində yerləşən fərdi yaşayış evləri ilə bağlı isə ciddi problem gözlənilmir. Həmin evlərə çıxarışların verilməsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan və vətəndaşlar tərəfindən zəbt edilmiş torpaq sahələrinin isə mərhələli şəkildə satılması həyata keçirilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

9-dan 6-ya işləmək dəyişə bilər, bəs 40 saat?– Nazirlikdən CAVAB

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

Xəstəxanalarda növbələr onlayn olacaq - Sistem hansı tibb müəssisələrində tətbiq edilir?

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

“Matroskin” dondurmasında uyğunsuzluq aşkarlandı – FOTO

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

Xuraman Şuşalı 10 kiloqram arıqladı –Video

Elvin Cəfərquliyev əməliyyat olunacaq

Elvin Cəfərquliyev əməliyyat olunacaq

Əkiz bacılar eyni ixtisasa qəbul oldu

Əkiz bacılar eyni ixtisasa qəbul oldu

Göyçayda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Göyçayda ƏMƏLİYYAT – Saxlanılan var – VİDEO

Ermənistan rəsmiləri LAÇINDA – Hansı məsələlər müzakirə olundu?

Ermənistan rəsmiləri LAÇINDA – Hansı məsələlər müzakirə olundu?

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

ABŞ hərbi təyyarəsi Moskvaya eniş etdi - VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Arvadının gözlərini, qayınatasının canını aldı – Ağdamdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – VİDEO

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu ölkə süni intellekt mahnılarına qadağa qoydu

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Tovuzda 17 yaşlı yeniyetməni ilan SANCDI – FOTO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Rusiyada kimya kompleksində GÜCLÜ YANĞIN – 104 nəfər... – VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sarkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə belə gətirildi – ANBAAN VİDEO

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Sənədsiz evlərin sənədləşdirilməsi üçün şərtlər

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Oğuzda AĞIR QƏZA – Yeddi nəfər xəsarət aldı – VİDEO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

Eldar Hacıbalayev vəzifəsindən AZAD EDİLDİ – ÖZƏL - FOTO

Sarkisyana qarşı da cinayət işi AÇILDI

Sarkisyana qarşı da cinayət işi AÇILDI

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

Südü yerə tökən fermerə nazirlikdən reaksiya – VİDEO

Məleykə Abbaszadədən təsirli paylaşım - FOTO

Məleykə Abbaszadədən təsirli paylaşım - FOTO

Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi

Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi

Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Bülent Ersoydan sərt təpki:"Rədd ol, get"

Azərbaycan–Özbəkistan münasibətlərində YENİ DÖVR - 13 sənədlə rəsmiləşən STRATEJİ XƏTT

Azərbaycan–Özbəkistan münasibətlərində YENİ DÖVR - 13 sənədlə rəsmiləşən STRATEJİ XƏTT

End of content

No more pages to load

RADİO