Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-da başa çatıb. Hazırda abituriyentlər həyəcanla müsabiqənin nəticələrinin elan olunmasını gözləyirlər.
Xatırladaq ki, ötən il nəticələr avqustun 22-də açıqlanıb. Bəs bu gün nəticələr elan edilə bilər?
Bizim.Media mövzuyla əlaqədar Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.
Qurumun mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, müsabiqənin nəticələrinin növbəti həftənin əvvəlində elan edilməsi nəzərdə tutulur.
Nəzrin Mirzəyeva, Bizim.Media