Ülviyyə İlyasova fəhləyə borclu qalıb?

“NovaMed” klinikasında usta kimi çalışmışam, amma ödənişə gəldikdə 1020 manat pulumu kəsdilər”.

Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo.az”a adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.

Tibb ocağında boya işləri gördüyünü deyən şikayətçinin sözlərinə görə, kosmetoloq Ülviyyə İlyasova barəsində istintaq tədbirləri görülərkən “NovaMed”i rəfiqəsinin adına açıb və rəhbərliyi şəxsən özü edib: 

“Mən 2024-cü ilin sentyabrında orada işə başladım. İşi təhvil verəndə ödənişimin yarısını etdilər, amma 1020 manatımı kəsdilər. Dəfələrlə klinikaya getdim, Ülviyyə xanım mənə deyirdi ki, işi Etibarla danışmısan, pulu ondan al. Etibar Ülviyyənin sağ əli idi. Etibar da deyirdi ki, mənə nə qədər pul veribsə, mən də sənə o qədər ödəyə bilirəm. Beləcə, işi bir-birlərinin üstünə atıb, pulumu ödəmədilər. Ülviyyə xanım həbs olunsa belə, bütün heyəti hazırda həmin klinikada çalışır”.

Məsələ ilə bağlı “NovaMed” klinikasından sorğuya cavab belə oldu:

“Onun bizə aidiyyəti yoxdur axı. Usta ilə Ülviyyə xanım və Etibar bəy danışıblar. Ustanı “NovaMed” klinikası çağırtdırıb iş gördürməyib. Bundan əlavə, artıq nə Ülviyyə xanım, nə də Etibar bəy buradadır. Məsələn, burada işləyən bir həkim öz otağını təmir etdirmək istəyirsə, ödənişi özü etməlidir, klinika yox”.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə saytımıza bildirilib ki, qeyd olunan məsələ ilə bağlı Xidmətə müraciət daxil olmayıb: 

“Məsələnin araşdırılması üçün vətəndaşın Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi qaydada müraciət etməsi tövsiyə olunur”.

Qeyd edək ki, Ülviyyə İlyasova qanunsuz tibbi fəaliyyəti ilə bağlı bu il aprelin 8-də həbs edilib. Məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.

Ü.İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bundan başqa, o, qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyova Sabir qızının səhhətinə də zərər vurub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

End of content

No more pages to load

RADİO