Dəniz sularında görünməyən təhlükə! Həkimlər XƏBƏRDARLIQ edir

Yay mövsümünün gəlişi və havaların isti keçməsi ilə yüzlərlə insan, xüsusilə də uşaqlı ailələr sərinlənmək üçün çimərliyə üz tutur. Lakin istirahət məqsədilə seçilən hər çimərlik sağlamlıq baxımından təhlükəsiz olmaya bilər. Azərbaycanda bəzi ərazilərdə dəniz suyunun çirklənməsi ilə bağlı aidiyyatı qurumlar mütəmadi məlumat yayır və həmin ərazidən istifadə etməməyi məsləhət görürlər. Çünki dənizin çirklənməsi uşaqlar və böyüklər üçün müxtəlif sağlamlıq riskləri yaradır.

Son günlər həkimlər də sosial şəbəkələrdə paylaşdıqları məlumatlarda müxtəlif infeksiyalara yoluxmuş uşaqların sayında artım müşahidə olunduğunu bildirirlər. Bu artımın yay mövsümü, isti hava şəraiti ilə yanaşı, bəzi hallarda çirkli sularda çimməklə də əlaqəli ola biləcəyini qeyd edirlər.

Çirkli dəniz suyu hansı infeksiyaların yayılmasına səbəb ola bilər?

Mövzuya münasibət bildirən həkim-pediatr Vaqif Qarayev Bizim.Media-ya bildirdi ki, virus və bakteriyalarla çirklənmiş dəniz suyundan ciddi yoluxmalar mümkündür:

“Çirkli dəniz suyunda rotaviruslar, bağırsaq infeksiyaları törədən bakteriyalar var. Bunların olduğu yerlərdə yoluxma halları qaçılmazdır. Bu infeksiyalara yoluxan uşaqlarda qusma, ishal, yüksək temperatur müşahidə olunur.  Qızdırma, qusma, ishalın səbəbinin məhz virus və ya bakteriya olduğunu həkim müəyyən etməlidir. Ona görə də kiçik yaşlı uşaqların valideynləri dərhal həkimə müraciət etməlidir. Çünki qusma və ishalla onlar maye itirirlər, bunun nəticəsində orqanizm suzuzlaşa və ağır fəsadlar törədə bilər”.

Bəzi insanlar xəbərdarlıqlara məhəl qoymurlar

Həkim insanları çirklənmiş dəniz sularından uzaq durmağa səsləyib:

“Aidiyyəti qurumların açıqlamalarına diqqət yetirmək vacibdir. Həmin qurumlar dəniz suyunun çirkli olduğu və çimməyin qadağan edildiyi ərazilər barədə mütəmadi olaraq məlumat verir, xəbərdarlıq edirlər. Amma bəzi insanlar bu xəbərdarlıqlara məhəl qoymadan həmin ərazilərdə çimməyə davam edirlər."

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

End of content

No more pages to load

RADİO