Bu şəxslər ad və soyadını dəyişə bilməz- RƏSMİ

Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb.
 
Bizim.Media xəbər verir ki, nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün müraciət edə bilərlər.

Müraciət vətəndaşın seçdiyi qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan şəxslər tərəfindən isə konsulluq idarəsinə təqdim olunur.
 
Müraciət qəbul edildikdən sonra doğum, nikah, nikahın pozulması və digər vətəndaşlıq vəziyyəti akt qeydlərinin əldə olunması üçün sorğular göndərilir.

Bundan sonra sənədlər yoxlama aparılması məqsədilə şəxsin yaşayış yeri üzrə polis orqanına təqdim edilir. Yoxlamanın nəticələri və toplanmış sənədlər əsasında qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi barədə qərar verir.
 

Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə təqdim edilir. Müraciətə imtina verildiyi halda isə həmin qərardan inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət etmək mümkündür.


 Nazirlik bildirib ki, cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunan, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan, həmçinin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsinə yol verilmir.
 
Bundan başqa, qanunvericiliyə əsasən, adın, ata adının və soyadın təkrar dəyişdirilməsi mümkün deyil.

Yalnız ər-arvaddan birinin soyadını dəyişməsi ilə əlaqədar digərinin soyadının dəyişdirilməsi, atanın adının dəyişdirilməsi nəticəsində uşaqların ata adının, valideynlərin soyadının dəyişdirilməsi zamanı isə uşaqların soyadının dəyişdirilməsi istisna təşkil edir.
 
Qeyd olunub ki, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı üçün 15 manat dövlət rüsumu ödənilir. Eyni zamanda, ər-arvaddan birinin soyadını dəyişməsi digərinin soyadının avtomatik dəyişdirilməsinə səbəb olmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

End of content

No more pages to load

RADİO