Bu ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəksiniz- SİYAHI

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderləri oktyabrın 29-da Ankarada bir araya gələcəklər. Təşkilatın Zirvə görüşü Türkiyənin Cümhuriyyət bayramı gününə təsadüf edəcək. Bildirilir ki, türk dövlətləri vətəndaşların xarici pasport olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səyahət edə bilməsi istiqamətində iş aparırlar.
 
Bu təşəbbüs nə vəd edir? Mümkün üstünlükləri nələrdir?
 
Bizim.Media
xəbər verir ki, Globalinfo.az-a danışan deputat Azər Badamov sözügedən görüşün həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib.
 
“Zirvənin məhz Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümünə təsadüf etməsi Türk Dünyasının birliyinə və həmrəyliyinə verilən önəmin göstəricisidir. Bu, həm də ortaq tarixə, dəyərlərə və gələcəyə hesablanmış mühüm siyasi mesajdır.
 

Zirvə çərçivəsində müzakirə ediləcək əsas məsələlərdən biri də TTDT-yə üzv ölkələrin vətəndaşlarının qarşılıqlı səfərləri zamanı pasport əvəzinə şəxsiyyət vəsiqəsindən istifadə etməsi ilə bağlı təşəbbüsdür. Hesab edirəm ki, bu, təşkilat daxilində inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərən mühüm addımdır.


 Artıq Azərbaycan və Türkiyə arasında bu model uğurla tətbiq olunur və vətəndaşlarımız yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər edə bilirlər. Bu təcrübənin digər türk dövlətlərini də əhatə etməsi insanların gediş-gəlişini xeyli asanlaşdıracaq, turizmin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə, investisiyaların artmasına, tələbə və alim mübadiləsinin güclənməsinə, həmçinin mədəni-humanitar əlaqələrin daha da dərinləşməsinə ciddi töhfə verəcək”, - deyə o qeyd edib.
 
Deputatın sözlərinə görə, bu təşəbbüsün siyasi əhəmiyyəti olduqca böyükdür:
 
“Çünki eyni soykökə, ortaq tarixə və oxşar dillərə malik xalqlar arasında sərbəst hərəkətin təmin olunması qarşılıqlı etimadı və həmrəyliyi daha da möhkəmləndirəcək. İnsanlar bir-birini daha yaxından tanıyacaq, biznes əlaqələri genişlənəcək və ortaq türk kimliyi daha da güclənəcək. Bu gün dünya sürətlə dəyişir və regional birliklərin rolu getdikcə artır. Türk Dövlətləri Təşkilatı da artıq təkcə mədəni platforma deyil, siyasi, iqtisadi və geostrateji əməkdaşlıq mərkəzinə çevrilməkdədir.
 

Enerji təhlükəsizliyi, Orta Dəhliz, nəqliyyat, logistika, rəqəmsal transformasiya və ticarət sahələrində əməkdaşlığın genişlənməsi təşkilatın beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan və Türkiyə münasibətləri uzun illərdir “Bir millət, iki dövlət” prinsipi üzərində inkişaf edir. Hesab edirəm ki, artıq bu əməkdaşlıq modeli bütün türk dünyası üçün nümunəyə çevrilib.


Qarşıdakı mərhələdə məqsəd “Bir millət, beş dövlət” ruhunu daha da gücləndirmək, gələcəkdə isə TTDT-nin bütün üzvləri arasında sərbəst hərəkət, iqtisadi inteqrasiya və siyasi həmrəyliyi daha da dərinləşdirməkdir. Bu, həm türk dövlətlərinin beynəlxalq mövqelərini gücləndirəcək, həm də regionda sabitlik, inkişaf və rifaha mühüm töhfə verəcək”.
 
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının üzvləri – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan (2009-cu ildən), Özbəkistan (2019-cu ildən), müşahidəçi ölkələri isə Macarıstan (2018-ci ildən), Türkmənistan (2021-ci ildən) və Şimali Kipr Türk Respublikasıdır (2022-ci ildən).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Azərbaycan-Aİ münasibətləri müzakirə olundu – Yeni saziş gündəmdə - FOTO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Putin Aİ-nin gələcəyindən danışdı: “Özləri dağılacaqlar” - VİDEO

Gəncədə yaşlı qadını maşın vurdu

Gəncədə yaşlı qadını maşın vurdu

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Putin: “Azərbaycan “Şimal-Cənub” layihəsini perspektivli hesab edir”

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

Bakı–Tbilisi qatarlarına bilet alanların NƏZƏRİNƏ: Yeni qayda tətbiq olunur

“Fənərbağça” üçün ŞAD XƏBƏR

“Fənərbağça” üçün ŞAD XƏBƏR

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Putin: “Heç kimə hücum etmək niyyətimiz yoxdur” - VİDEO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Şuşada üç ölkənin müdafiə nazirləri bir araya gəldi - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Bərdədə maşınlar toqquşdu - Xəsarət alanlar var - FOTO

Maskdan süni intellektlə bağlı ETİRAF

Maskdan süni intellektlə bağlı ETİRAF

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Putindən XƏBƏRDARLIQ: “Bizi ciddi risklər gözləyir” - VİDEO

Millimiz Lixtenşteynə QARŞI

Millimiz Lixtenşteynə QARŞI

End of content

No more pages to load

RADİO