Pensiya ilə bağlı vacib AÇIQLAMA

Artıq ödənilmiş pensiya məbləğlərinin illər sonra vətəndaşlardan geri tələb olunması cəmiyyətdə müzakirə doğuran məsələlərdən biridir. Xüsusilə ödənişin vətəndaşın deyil, dövlət orqanının texniki və ya inzibati səhvi nəticəsində yaranması belə hallarda məsuliyyətin kimə aid olması ilə bağlı sualları gündəmə gətirir.

Bəs qanunvericilikdə dəyişiklik edilərək artıq ödənilmiş pensiya məbləğlərinin geri tutulması ilə bağlı müddətin maksimum 1 ilə endirilməsi mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, sosial təminat sistemi dövlətlə vətəndaş arasında etimadın əsas sütunlarından biridir və pensiya hüququ Konstitusiya ilə qorunan sosial müdafiə hüququnun ayrılmaz hissəsidir:

“Pensiya münasibətlərini tənzimləyən qanunvericilik sosial ədalət, hüquqi müəyyənlik və proporsionallıq prinsiplərinə əsaslanmalıdır. Lakin praktikada dövlət orqanlarının texniki və ya inzibati səhvləri nəticəsində vətəndaşlara artıq pensiya ödənildiyi, bu səhvlərin isə uzun müddət sonra aşkarlanaraq həmin vəsaitlərin geri qaytarılmasının tələb edildiyi hallar müşahidə olunur.

Vətəndaş saxta məlumat təqdim etməyibsə, aldatma və ya digər qanunsuz hərəkətlərə yol verməyibsə, dövlət öz inzibati səhvinin nəticələrini onun üzərinə yükləməməlidir. Əgər artıq ödəniş vətəndaşın təqsiri olmadan yaranıbsa, dövlət öz idarəetməsində buraxdığı nöqsanların məsuliyyətini vətəndaşa ötürə bilməz. Belə hallarda məsuliyyət ilk növbədə həmin idarəçiliyi həyata keçirən dövlət qurumunun üzərinə düşməlidir".

Asif İbrahimovun fikrincə, artıq ödənilmiş pensiya məbləğlərinin geri tələb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddət maksimum 1 il olmalıdır:

“Bu yanaşma dövlət qurumlarını daha operativ fəaliyyət göstərməyə təşviq edəcək, eyni zamanda pensiyaçıların illər sonra gözlənilməz maliyyə öhdəlikləri ilə üzləşməsinin qarşısını alacaq. Hüquqi müəyyənlik prinsipi vətəndaşın dövlət tərəfindən ödənilən vəsaitin qanuni olduğuna inanmasına imkan verməlidir. Pensiyaçı aldığı vəsaiti gündəlik yaşayışına, müalicəsinə və digər zəruri ehtiyaclarına sərf etdikdən illər keçəndən sonra həmin məbləğin geri tələb olunması nə sosial ədalətə, nə də vicdanlı idarəçilik prinsiplərinə uyğundur”.

Asif İbrahimov beynəlxalq təcrübədə də vicdanlı davranmış şəxslərin hüquqlarının qorunmasına üstünlük verildiyini qeyd edib. O, bildirib ki, dövlətin texniki və ya inzibati səhvi vətəndaşın sosial rifahını pozan vasitəyə çevrilməməlidir.

Ekspert qanunvericiliyə aşağıdakı istiqamətlərdə dəyişikliklərin edilməsini məqsədəuyğun hesab edir:

- artıq ödənilmiş pensiya məbləğlərinin geri tələb olunması müddətinin maksimum 1 il müəyyən edilməsi;

- artıq ödəniş vətəndaşın təqsiri olmadan yaranıbsa, geri tələb edilməsinin yalnız müstəsna hallarda mümkün olması;

- saxtakarlıq və ya qəsdən yanlış məlumat vermə halları istisna olmaqla, dövlət orqanının səhvinə görə vətəndaşın məsuliyyət daşımaması;

- sosial təminat sahəsində aradan qaldırılması mümkün olmayan hüquqi qeyri-müəyyənliklərin və mübahisəli halların vətəndaşın xeyrinə şərh edilməsinin qanunvericilikdə açıq şəkildə təsbit olunması.

Asif İbrahimovun qənaətincə, belə dəyişikliklər sosial ədalətin möhkəmlənməsinə, hüquqi müəyyənliyin təmin edilməsinə və vətəndaşların dövlətə olan etimadının güclənməsinə xidmət göstərəcək. O, vurğulayıb ki, sosial dövlətin əsas prinsipi dövlətin inzibati səhvlərinin yükünü ən həssas təbəqənin üzərinə qoymamasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

İranın Ali Lideri müsəlman ölkələrini birliyə çağırdı

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Musiqi festivalında silahlı insident: Xəsarət alanlar var - VİDEO

Rusiyada sərt yanacaq bölgüsü iyerarxiyası formalaşıb

Rusiyada sərt yanacaq bölgüsü iyerarxiyası formalaşıb

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

Belçika dondurulmuş Rusiya aktivlərini Ukraynaya vermir - SƏBƏB

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasındakı bütün rəqibləri bəlli oldu

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

İslandiyada Aİ-yə üzvlüklə bağlı cəmiyyət iki yerə bölünüb

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Ararat Mirzoyan xarici ölkə səfirləri ilə Türkiyə sərhədində

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Yer kürəsinin ən quraq səhrasına qar yağıb - FOTO

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Rusiya Müdafiə Nazirliyi: Bir gecədə 494 Ukrayna PUA-sı məhv edilib

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Nepalda sel basmış evin damından yeniyetmə belə xilas edildi - VİDEO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Avtobus qəzasında xəsarət alanların sayı 38-ə çatdı - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Kiyevə dron hücumu: 3 yaralı var - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

FHN-dən gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə MÜRACİƏT

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinala yüksəldi

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Kiyev yaxınlığında sursat anbarında baş verən partlayışın daha bir VİDEOSU yayıldı

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Leninqrad vilayətində neft emalı zavodu yanır - VİDEO

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Süni intellektin istifadəçilərin nəzarətindən çıxması halları çoxalıb

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Yoxsulluq beynin həcmini azaldır, orqanizmin qocalmasını sürətləndirir - FOTO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Finlandiya prezidenti: “Rusiyanın nə vaxtsa NATO-ya hücum etmək istəyəcəyinə inanmıram” - VİDEO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

Ağrı dağında Nuhun gəmisinin qalıqları tapılıb? - FOTO

ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

ABŞ hərbi məhkəməsindən 11 sentyabr terror aktları ilə bağlı AÇIQLAMA

Ukrayna Krasnodar vilayətində hərbi aerodroma zərbə endirdi - VİDEO

Ukrayna Krasnodar vilayətində hərbi aerodroma zərbə endirdi - VİDEO

End of content

No more pages to load

RADİO