Skuter sürənləri bu cərimələr gözləyir – 4000 manatadək

Son dövrlər əhali arasında velosiped və skuterlərdən istifadəyə maraq xeyli artıb. Məhz bu səbəbdən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müasir şəhər konsepsiyası çərçivəsində velosiped zolaqları şəbəkəsinin yaradılması və müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində intensiv işlər həyata keçirilir.

Bizim.Media xəbər verir ki, AYNA-dan “modern.az”a verilən məlumata görə, paytaxtın mikromobillik infrastrukturu mütəmadi olaraq təkmilləşdirilir. Artıq mərkəzi küçələri əhatə edən tam dövrəli velosiped yolu istifadəyə verilib və istifadəçilərin təhlükəsizliyini artırmaq məqsədilə paytaxtda işıqforlarda xüsusi velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.

Bəs kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edənləri hansı cərimələr gözləyir? 

Qanunvericiliyə əsasən, skuter və bu qəbildən olan kiçik elektrik nəqliyyat vasitələrini yalnız 14 yaşdan yuxarı şəxslər idarə edə bilər. Bu vasitələrlə yol hərəkəti qaydalarının pozulmasına görə sürücüləri 40 manat məbləğində cərimə gözləyir. Əgər qayda pozuntusu nəticəsində zərərçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilərsə və ya maddi ziyan vurularsa, cərimənin məbləği 100 manatdan 150 manatadək müəyyən edilir.
 

Sürücülərin sərxoş vəziyyətdə xəta törətməsinə görə də sərt sanksiyalar nəzərdə tutulub. Belə ki, qaydaların pozulması alkoqoldan istifadə nəticəsində törədilərsə 150 manat, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində törədilərsə 200 manat məbləğində cərimə tətbiq olunacaq.


Bununla yanaşı, velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin onlar üçün ayrılmış xüsusi parklanma yerlərindən kənarda saxlanılmasına görə 10 manat cərimə ödənilməlidir. Yeni qaydalar skuter icarəsi ilə məşğul olan operatorları (şirkətləri) da yaxından şamil edir.

Texniki cəhətdən nasaz olan kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə verilməsinə görə şirkətlər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcəklər. Əgər bu nasazlıq hər hansı bir şəxsin sağlamlığına yüngül xəsarət yetirilməsi və ya maddi ziyan vurulması ilə nəticələnərsə, operatorlar üçün cərimə sanksiyası 1000 manatdan 1200 manatadək yüksələcək.

Velosiped yollarının kənar əşyalarla qanunsuz olaraq bağlanması da cəriməsiz ötüşməyəcək. Bu yollarda materialların yığılması və predmetlərin saxlanılması ilə hərəkətə maneə yaradılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək məbləğdə cərimə olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Belqoroda zərbə endirildi: Xəsarət alanlar var – FOTO/VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Zelenski: Rusiya 4 gün ərzində Ukraynaya 1,5 minə yaxın dron buraxıb – VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Ekipajsız qayıq Türkiyənin Samsun vilayətinin sahilinə çıxdı - VİDEO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Tramp: Kanada şirkətləri kütləvi şəkildə bizneslərini ABŞ-a köçürür - FOTO

Şimali Kiprdə ölənlərin sayı artdı

Şimali Kiprdə ölənlərin sayı artdı

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

Almaniyada siyasətçi “Rusiya Ordusu” yazısına görə qalmaqala düşdü

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub etdi - VİDEO

"Kəpəz" doğma meydanda "Turan Tovuz"u məğlub etdi - VİDEO

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Dünyada ayı həyəcanı, Azərbaycanda isə SƏSSİZLİK - Erkən “qış yuxusu”na gediblər?

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Şimali Kiprdə batan gəmidə olan 4 Azərbaycan vətəndaşı xilas edilib

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

Bakıda köhnə liftlər nə vaxt dəyişdiriləcək?

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

XƏBƏRDARLIQ: Bəzi yerlərdə leysan olacaq

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

Kiprdə bərə faciəsinin TƏFƏRRÜATI: Kapitan sərnişinləri qoyub qaçıb

İsraildə 2 yeniyetmə İranın xeyrinə casusluq edib - FOTO

İsraildə 2 yeniyetmə İranın xeyrinə casusluq edib - FOTO

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub

Trampın “İran donanması məhv edilib” açıqlamasına Tehrandan REAKSİYA

Trampın “İran donanması məhv edilib” açıqlamasına Tehrandan REAKSİYA

Almaniyada sərnişin Ukrayna dilində danışan şəxslərlə dalaşdı - VİDEO

Almaniyada sərnişin Ukrayna dilində danışan şəxslərlə dalaşdı - VİDEO

Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti

Gədəbəy qəzasında xəsarət alanların SON vəziyyəti

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Rusiya Britaniyanın Ukrayna üçün silah istehsal edən şirkətlərinə hücum edəcək?

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

Cüdoçularımız Polşada 7 medal qazandı - FOTO

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

DYP-dən leysan yağışları ilə bağlı sürücülərə ÇAĞIRIŞ

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Qalmaqallar fonunda yeni Norveç kralı taxta çıxdı - FOTO

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Maduro həbsxanadan tərəfdarlarına müraciət etdi - FOTO

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

Belarus “Şahed” hücumlarında Rusiyaya yardım edib?

End of content

No more pages to load

RADİO