Yevlax rayon Qoyunbinəsi kənd sakini Cəfərov Rafiq Şöhrət oğlu hərbi təlimdə olan zaman qəfil ürək tutmasından dünyasını dəyişib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, dünyasını dəyişən şəxs MAXE (müddətdən artıq həqiqi hərbi qulluqçu) olub.
O, 44 günlük Vətən müharibəsində, eyni zamanda antiterror əməliyyatlarında qəhrəmancasına iştirak edib.
41 yaşlı Rafiq Cəfərov ailəli olub, iki övladı var.
O, bu gün doğulduğu Yevlax rayon Qoyunbinəsi kənd qəbristanlığında dəfn olunub.







Bizim.Media