Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Rusiya lideri Vladimir Putinlə sentyabrın 1-də keçirilən görüşdə ikitərəfli gündəliyin "bütün məsələlərini" müzakirə etdiklərini bildirib.
Bizim.Media xəbər verir ki, jurnalistlərin Rusiyadan alınmış S-400 zenit-raket komplekslərinin üçüncü ölkəyə satılması ehtimalının müzakirə olunub-olunmadığına dair sualına Ərdoğan bütün məsələlərin nəzərdən keçirildiyini qeyd edib.
Xatırladaq ki, Türkiyə mətbuatı Ankaranın ABŞ ilə F-35 böhranını tənzimləmək üçün S-400-ləri başqa ölkəyə sata biləcəyini iddia etmişdi.
Türkiyə lideri ölkəsinin F-35 layihəsinin tərəfdaşlarından biri olduğunu və mühüm töhfə verdiyini xatırladıb. Onun sözlərinə görə, Türkiyənin proqrama yenidən daxil edilməsi ilə bağlı danışıqlar davam edir və ABŞ-da müəyyən proseslər başa çatan kimi məsələnin həll olunacağı gözlənilir.
Bizim.Media