Yaxın gələcəkdə "Bakı Metropoliteni"nin mobil tətbiqi istifadəyə veriləcək.
Bizim.Media xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov “trend.az” Beynəlxalq İnformasiya Agentliyinə və “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasına müsahibəsində deyib.
Onun sözləriə görə, mobil tətbiq vasitəsi ilə gələn qatarda hansı vaqonların nisbətən boş olduğu göstəriləcək.
"Stansiyalara boş qatarlar göndərilməsi artıq tətbiq olunur — "Koroğlu", "28 May", “Gənclik”, "Elmlər Akademiyası" stansiyalarına günün müxtəlif vaxtlarında boş qatarlar göndərilir ki, orada toplanmış sərnişinlər rahatlıqla minə bilsin, sıxlıq aradan qaldırılsın".
Bizim.Media