"Euronews": Azərbaycan WUF13-ə genişmiqyaslı hazırlığı başa çatdırır - FOTO

Azərbaycan tədbirin beynəlxalq iştirakçılarını qəbul etmək üçün infrastrukturun, nəqliyyatın, təhlükəsizlik sistemlərinin və xidmətlərin koordinasiyasını təmin edərək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlığı başa çatdırır.

Bizim.Media xəbər verir ki, bu barədə "Euronews"un reportajında deyilir.
 

Telekanal qeyd edir ki, forum çərçivəsində tədbirlərin fasiləsiz keçirilməsini təmin etmək üçün ölkədə dövlət qurumlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə genişmiqyaslı koordinasiya işləri aparılır.


"Əsas vəzifə bütün tədbirlərin bu cür qlobal hadisələr üçün BMT standartlarına uyğunluğunu təmin etməkdən ibarətdir", - WUF13 Azerbaijan Əməliyyat Şirkətinin məzmun şöbəsinin rəhbəri Cəmilə İsmayılzadə bildirib.

WUF13-ün kommunikasiya şöbəsi rəhbərinin müavini Nərmin Abdullayeva bildirib ki, forum çərçivəsində 40 əsas sessiya, tərəfdaşlar tərəfindən təşkil edilən 350 tədbir, "Urban Expo" sərgisi keçiriləcək. Məkan "WUF13 Boulevard" zonasını və BMT strukturları, dövlət qurumları, media nümayəndələri və iştirakçılar üçün funksional sektorları əhatə edir. Onun sözlərinə görə, 208 000-dən çox iştirakçı və akkreditasiya üçün mediadan 1000-ə yaxın müraciət qeydə alınıb.

Telekanal vurğulayır ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası beynəlxalq diqqəti Bakıya cəlb edəcək və 2015-ci ildə açılmış Olimpiya Stadionu iri beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas məkanlardan birinə çevriləcək.

Cəmilə İsmayılzadə məkanın xüsusiyyətlərini şərh edərək qeyd edib ki, bu, ənənəvi konfrans mərkəzi deyil, ona görə də media nümayəndələri, ictimaiyyət, konfrans zalları və protokol zonaları üçün həllər yaratmaq məqsədilə fərdi yanaşma lazımdır:

"Ümumdünya Şəhərsalma Forumu Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada ilk dəfə keçirildiyi üçün bizim prioritetimiz və çağırışımız regionun bütün oyunçularının iştirakını təmin etmək idi".

Reportajda həmçinin qeyd edilir ki, təkmilləşdirilmiş infrastruktur və nəqliyyat planlaması iştirakçılara əsas məkanlar arasında sərbəst hərəkət etmək imkanı verəcək.

"İştirakçılar bank kartlarından NFC, Apple Pay və Google Pay vasitəsilə istifadə edə biləcəklər. Bu gün şəhərin mərkəzində 112 km ayrılmış zolaq fəaliyyət göstərir və WUF13 yaxınlaşdıqca onlar genişləndirilir. 2024-cü ildə biz avtoparkı 200 elektrik avtobusu ilə artırdıq, 2026-cı ilə isə onların sayı artıq 450-yə çatıb", - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nəqliyyatın planlaşdırılması departamentinin direktoru Fuad Cəfərli qeyd edib.
 

Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, WUF13 zamanı qonaqların təhlükəsizliyinin təmin edilməsi prioritetdir. O həmçinin qeyd edib ki, həm ənənəvi təhlükəsizlik tədbirləri, həm də rəqəmsal monitorinq sistemləri tətbiq olunur, polis əməkdaşları isə təhlükəsizliklə açıqlıq arasında balansı təmin edirlər.


"Forum iştirakçıları üçün Bakı və Azərbaycanın digər regionlarını əhatə edən 20-dən çox xüsusi tur hazırlanıb. 150-dən çox sertifikatlı bələdçi qonaqları müşayiət edəcək. Hər bir iştirakçı potensial turistdir və biz ölkəni mümkün qədər yaxşı təqdim etməyə çalışırıq", - Azərbaycan Turizm Bürosunun CEO müavini Rəşad Əliyev bildirib.

Öz növbəsində, "İçərişəhər" qoruğunun nümayəndəsi Gümrü Məmmədova bildirib ki, bu, Bakının mədəniyyət mərkəzinin canlı irsi statusunu möhkəmləndirmək üçün bir fürsətdir:

"Bizim yanaşmamız şəhər mühitinin qorunması ilə aktiv istifadəsini özündə birləşdirir. Bərpa işləri təkcə divarların qorunmasına deyil, həm də "İçərişəhər"in muzey deyil, canlı bir rayon olaraq qalması üçün incəsənət və ictimai asudə vaxt məkanlarının yaradılmasına yönəlib".

Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı şəraitində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər", innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib. (report.az)
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB/FOTO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Ceyhun Bayramov DCO rəhbəri ilə görüşdü: Süni intellekt və rəqəmsal iqtisadiyyat müzakirə olundu - FOTO

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

Azərbaycanlı hakimə UEFA-dan TƏYİNAT

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

143 milyon mənimsəməkdə təqsirləndirilən general HAKİM QARŞISINDA

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Xüsusi təyinatlılarımız Pakistanda təlimlərdə iştirak etdilər - FOTO

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Bu şəxslərə dolğu etdirmək olmaz - Estetik cərrahdan XƏBƏRDARLIQ

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Azərbaycanda yüz illərin ənənəsi dəyişir - Yeni qayda tətbiq olunacaq

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bir vaxtlar yetişdirdikləri şagirdlər indi onlara xidmət göstərir – FOTO

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Bakıda QƏTL – Şagird sinif yoldaşını bıçaqladı

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Gəncədə ağacın iri gövdəsi avtomobilin üzərinə düşdü – FOTO/VİDEO

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündür mərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO