Sabah saat 09:00-dən etibarən Qəbələ şəhərinin İmaməddin Nəsimi, Zərifə Əliyeva küçələrinin, Vəndam qəsəbəsinin, Nohurqışlaq, Tüntül, Yengicə, Kötüklü kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması Qəbələ rayonu ərazisində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.
Bizim.Media