"Qarabağ Universitetinin klinikasında birinci mərhələdə ambulator xidmətlər fəaliyyət göstərir".
Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev deyib.
Onun sözlərinə görə, klinikada pediatriya, böyük xəstələr üçün terapiya və cərrahiyyə sahələri üzrə poliklinikalar mövcuddur:
"Diaqnostik sahədə laboratoriyamız tam funksionaldır. Bundan başqa, radiologiya bölməmiz də fəaliyyətə başlayıb. İkinci mərhələdə isə təcili yardım xidməti açılacaq və bunun fəaliyyətə başlaması iyun ayına nəzərdə tutulub".
Bizim.Media