12.05.2026-cı il tarixində saat 01:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən çağırış qeydə alınıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Bizim.Media-ya məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Saat 09:30 radələrinədək xəsarət qeydə alınmayıb.
Qeyd edək ki, “Bakı Logistika”ya məxsus anbarda baş verən yanğının söndürülməsi işləri davam etdirilir. Əraziyə FHN-in helikopteri cəlb olunub.
Naibə Məmmədova, Bizim.Media