Britaniyanın paytaxtı London şəhərində azərbaycanlı qadın vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib.
Qeyd edək ki, N.Qasımzadə “Westminster” Universitetində hematologiya ixtisası üzrə magistr təhsili alıb. O, daha sonra İngiltərədə qalaraq burada tibb sahəsində çalışmağa başlayıb. (Qafqazinfo.az)
Bizim.Media