Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
Qeyd edək ki, “Bakı Logistika”ya məxsus anbarda baş verən yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub. İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.
Bizim.Media