Paltaryuyan maşınındakı sürətli yuma dövrü, az çirklənmiş paltarları tez zamanda yumaq üçün əlverişli bir seçimdir. Bununla belə, onun daimi istifadəsi paltarlara ziyan verir.
Bizim.Media xəbər verir ki, Better Homes and Gardens-in məlumatına görə, hər şey paltaryuyan maşının növündən və sürətli yuma dövrünü müəyyən edən texniki xüsusiyyətlərdən asılıdır.
Əksər cihaz istehsalçıları yaxalamalar arasında bir və ya iki yüksək sürətli fırlanmanı aradan qaldırmaqla dövretmənin müddətini qısaldırlar ki, bu da əksər hallarda təmizləmə gücünün azalmasına səbəb olur.
Mütəxəssislər bildirilər ki, sürətli yuma, çox çirklənməmiş, məsələn, bircə dəfə geyinilmiş yüngül tər qoxusu gələn, ya da bir gecə qalan qonağın istifadə etdiyi dəsmal və yataqlar üçün əladır.
Həmçinin yuyuci vasitə az miqdarda tökülməlidir, paltaryuyan maşınınızda bu xüsusiyyət varsa, əlavə yaxalama dövrü istifadə etməyi tövsiyə edilir.
Bizim.Media