Şəmkirdə manqalı yandıran zaman benzin ilə ehtiyatsız davrandığından yanıq xəsarətləri alan şəxs ölüb.
Bizim.Media xəbər verir ki, rayon sakini, 2003-cü il təvəllüdlü Fəzail Məmmədov mayın 3-ü ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, o, ötən gün ölüb.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media