Zaqatalada 36 yaşlı kişinin meyiti tapılıb.
Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Zaur Hacıbəy oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media