Göygöldə sürücünün idarəetməni itirməsi 5 nəfərin xəsarəti ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Göygöl şəhərində baş verib.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxması nəticəsində maşın yol kənarında olan işıq dirəyinə çırpılıb.
Qəza zamanı 2000-ci il təvəllüdlü Ə. İsmayılov, 2001-ci il təvəllüdlü C. Bəylərov, 2003-cü il təvəllüdlü E. Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu