Ağdamda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb:
"Mayın 10-da saat 10 radələrində Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1 nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1983-cü il təvəllüdlü şəxsə müştərək travmalar, hər iki diz nahiyəsinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş iymətləndirilən pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir".
Bizim.Media