WUF13 Festivalının növbəti ünvanı Xankəndi şəhəri oldu - FOTO

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir. Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir və Gəncədən sonra festivalın növbəti ünvanı mayın 10-da Xankəndi şəhəri olub.

Bizim.Media  xəbər verir ki, festival çərçivəsində günün birinci yarısında Qarabağ Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu, “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov, Qarabağ Universitetinin tələbələrlə iş mərkəzinin əməkdaşı Gəray Zeynallı çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda tədbirin ölkəmiz üçün əhəmiyyəti diqqətə çatdırılıb, müasir şəhərsalma yanaşmaları və bu sahədə beynəlxalq əməkdaşlığın rolundan danışılıb.

Bildirilib ki, müasir şəhərsalma konsepsiyaları məşğulluğun artırılmasına, mobilliyin yaxşılaşdırılmasına və şəhər imkanlarına çıxışın genişlənməsinə mühüm təsir göstərir. Yeni şəhərsalma proqramları, infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri tikinti və xidmət sahələrində yeni iş yerlərinin açılmasına birbaşa töhfə verir.
 

Qeyd edilib ki, erməni vandalizmi nəticəsində dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa işləri ilə yanaşı, ərazilər sıfırdan, müasir standartlara uyğun səviyyədə yenidən qurulur. Bu ərazilərdə 8 şəhərin baş planı və 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılmaları artıq təsdiq edilib. İki şəhərin baş planı aidiyyəti qurumlarla razılaşdırılır, daha iki şəhərin baş planı üzrə işlər yekun mərhələdədir. Həyata keçirilən layihələr sayəsində bu ərazilərdə qlobal trendlərə cavab verən, “ağıllı” şəhər və kənd konsepsiyalarını, bərpaolunan enerji və yaşıl zona yanaşmalarını özündə birləşdirən tam yeni bir ekosistem formalaşdırılır.


Diqqətə çatdırılıb ki, mayın 17-22-də Bakıda keçiriləcək WUF13 hər kəs üçün açıqdır. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov jurnalistlərə müsahibəsində bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etmək üçün 178 ölkədən 30 mindən çox iştirakçı qeydiyyatdan keçib. Geniş ictimaiyyətin tədbir haqqında daha geniş məlumatlandırılması məqsədilə Azərbaycanın bölgələrində WUF13 Festivalları keçirilir. Bu günə kimi keçirilən festivallara 80 minə yaxın iştirakçı cəlb olunub.

Qeyd edək ki, iki hissədən ibarət WUF13 Festivalı axşam saat 18:00-da Xankəndi şəhərindəki Zəfər meydanında keçiriləcək ictimai proqramlarla davam edəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Şagird sinif yoldaşını öldürdü: Bakıdakı qətlin YENİ TƏFƏRRÜATLARI

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial media hesabında dünya çempionatının açılış mərasimindən VİDEOÇARX paylaşıldı

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu - ÖZƏL

Çalhanoğlu geri dönür

Çalhanoğlu geri dönür

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

Tramp benzin qiymətlərinin artmasında Ukrayna və demokratları GÜNAHLANDIRDI

“Barselona”dan ayrıla bilər

“Barselona”dan ayrıla bilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə etdilər

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

Pezeşkian Mirzoyanla TRIPP layihəsini müzakirə etdi

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

İsrail ordusu Suriya sərhədini keçərək Dəməşq yaxınlığında binanı partlatdı - FOTO

Bu məktəbə xanım direktor təyin olundu

Bu məktəbə xanım direktor təyin olundu

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Hansı alkoqol ürək üçün daha təhlükəlidir? – Bunlardan UZAQ DURUN

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Kirayə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ: Müraciətlər dayandırılır

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Rzayi: “Tehran rəqibinə yeni sürprizlər hazırlayır”

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Prezident dünya çempionu olan cüdoçunu təbrik etdi: “Bütün xalqımızı sevindirmisən” - FOTO

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Bu bürc üçün xəyalların gerçəkləşməsi dövrü BAŞLADI

Həm müqaviləsi uzanır, həm maaşı artır

Həm müqaviləsi uzanır, həm maaşı artır

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

İlham Əliyevin Pirallahı Sənaye Parkındakı səfərindən VİDEOÇARX

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Rusiya Yaponiyanı HƏDƏLƏDİ: “Bunun cavabı olacaq”

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Ermənistanın köhnə qatarları gündəm oldu: “ADY-nin müasir qatarları ilə Tiflisə 36 manata gedirik” – VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

Sumqayıtda 48 yaşlı kişi binanın zirzəmisində yıxıldı - VİDEO

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

Prezident cüdo üzrə dünya çempionatının açılışında - YENİLƏNİB

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

Rusiya Xarkovu VURDU: 39 yaralı var - VİDEO

End of content

No more pages to load

RADİO