İsmayıllıda zavodda ölüm hadisəsi baş verib.
Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, hadisə İsmayıllı şəhərinin ərazisində yerləşən “Körpü Bina Tikinti” zavodunda qeydə alınıb.
Orada işləyən Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Etibar İslam oğlu Hümmətov iş başında qəfil ölüb.
Onun ürək tutmasından öldüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media