Dünyanın 100 qəhrəman qadınından biri: Elmira Süleymanovanın vəfatından 2 il ötür

Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə ilk müvəkkili (Ombudsman) Elmira Süleymanovanın vəfatının ildönümüdür.

Hüquq müdafiə fəaliyyəti daxili güc, səmimi mərhəmət və dəstəyə ehtiyacı olanlarla mənəvi istiliyini bölüşmək hazırlığı tələb edir. Haqsızlığa məruz qalanları müdafiə etmək və çətinliyə düşənlərə yardım göstərmək ağır, lakin son dərəcə vacib bir missiyadır ki, Elmira xanım bunu böyük ləyaqətlə yerinə yetirib.

O, güclü xarakterə malik, həm özünə, həm də ətrafındakılara qarşı tələbkar bir şəxsiyyət idi. Onun qəlbi yalnız yaxınları üçün deyil, kömək üçün ona üz tutan minlərlə insan üçün yanırdı.

Bizim.Media “lent.az”a istinadla xəbər verir ki, Elmira Süleymanovanın vəfatından iki il ötür.
 

O, 1937-ci il iyulun 17-də Bakı şəhərində anadan olub. Elmira Süleymanova 1968-ci ildə kimya elmləri namizədi, 1980-ci ildən kimya elmləri doktoru elmi dərəcəsi, 1970-ci ildə baş elmi işçi, 1988-ci ildə professor olub.


1997-ci ildən Nyu-York Elmlər Akademiyasının üzvü idi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir.

O, 2002-2019-cu illərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsini tutub. Elmira Süleymanova Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə insan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordeni ilə təltif edilib.

Elmira Süleymanova 2024-cü il aprelin 25-də 86 yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.

Elmira Süleymanovanın fəaliyyəti haqqında ətraflı məlumat

Kimyaçı ixtisasına sahib olan Elmira Süleymanova bu sahədə böyük uğurlar qazanaraq elmlər doktoru olub, çoxsaylı elmi tədqiqatların və ixtiraların müəllifinə çevrilib. Kimya elminin inkişafına verdiyi töhfəyə görə 1979-cu ildə “SSRİ-nin Əməkdar kimyaçısı” fəxri adına layiq görülüb.
 

Onun hesabında neft-kimya sahəsində təxminən 40 ixtira və 200-dən çox elmi iş var. 1970-ci illərdə onun işləmələri əsasında “Mənim Azərbaycanım” və “Şərq nəğmələri” ətirləri yaradılıb. İxtiralarının sənayedə tətbiqinə görə Elmira Süleymanova “SSRİ-nin ixtiraçısı” fəxri adına layiq görülüb.


Elmira xanımın alim kimi peşəkar bioqrafiyası nadir sabitliyi ilə seçilirdi: onun bütün əmək fəaliyyəti Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə bağlı olub. O, burada 25 aprel 1959-cu ildə işə başlayıb və ömrünün sonunadək – ümumilikdə 65 il fəaliyyət göstərib.

O, onlarla elmlər namizədi və doktoru yetişdirən gözəl bir müəllim və mentor idi. İnsan hüquqları müdafiəçisi kimi böyük iş yükünə baxmayaraq, elmi və pedaqoji fəaliyyətini davam etdirirdi.



Elmira Süleymanovanın hüquq müdafiə fəaliyyətinə gəlişi

Elmira Süleymanova hüquq müdafiə fəaliyyətinə 1980-ci illərin sonlarında qadın hərəkatında iştirak etməklə başlayıb. Onun üçün mühüm mərhələ 1993-cü ildə Vyana Bəyannaməsi və Fəaliyyət Proqramının qəbulunda iştirakı olub.
 

Məhz bu hadisəni o, hüquq müdafiə sahəsinə həqiqi girişi hesab edirdi. Artıq 1994-cü ildə o, Azərbaycanda qadın hüquqları üzrə ilk elmi-praktik mərkəzi olan “Qadınlar və İnkişaf” təşkilatını təsis edib və bu qurum qısa müddətdə beynəlxalq səviyyədə tanınıb.


Sonradan təşkilat qadın və uşaq hüquqlarının müdafiəsi üzrə struktur kimi yenidən formalaşdırılaraq 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası yanında məsləhətçi statusu alıb.

Dünyanın 100 qəhrəman qadınından biri

Beynəlxalq ictimaiyyət də onun fəaliyyətini yüksək qiymətləndirib: 1998-ci ildə Roçester Universiteti onu qadın hüquqlarının müdafiəsi sahəsində “Dünyanın 100 qəhrəman qadını” siyahısına daxil edib. Sonrakı illərdə onun təşəbbüsü ilə yeni layihələr həyata keçirilib:
 

2000-ci ildə “Uşaqdan uşağa” adlı uşaq sülhməramlı şəbəkəsi, 2001-ci ildə “Liderlik məktəbi”, qadın, uşaq və gənclərin hüquqlarının müdafiəsi üzrə QHT Alyansı, həmçinin yaşlı qadınlar üçün ilk resurs mərkəzi yaradılıb. 2000–2002-ci illərdə o, UNICEF nəzdində Şərqi Avropa və MDB ölkələrinin QHT-lərinin regional komitəsində uşaq hüquqları üzrə milli koordinator vəzifəsini icra edib.


2002-ci ildə ümummilli lider Heydər Əliyev ona ölkənin ilk ombudsmanı vəzifəsini təklif edəndə, o artıq hüquq müdafiəsi sahəsində böyük təcrübə və nüfuz qazanmışdı. Dövlət qurumlarına etdiyi müraciətlər diqqətsiz qalmır, demək olar ki, həmişə nəticə verirdi. Təkcə onu qeyd etmək kifayətdir ki, onun vəsatətləri sayəsində təxminən 700 nəfər həbsdən azad edilib.



Azərbaycanda insan hüquqları müdafiəçisi institutunun yaradılması asan iş deyildi. Elmira Süleymanova bu institutu Azərbaycanın reallıqlarını və xüsusiyyətlərini nəzərə alaraq sıfırdan qurmuşdu.
 

Dünyanın heç bir ölkəsində bir milyon qaçqın və məcburi köçkün, bu qədər müharibə əlili, Birinci Qarabağ müharibəsindən sonra psixoloji və sosial reabilitasiyaya ehtiyacı olan bu qədər insan yox idi. İşin qurulduğu beynəlxalq tövsiyələr bu xüsusiyyətləri nəzərə almırdı.


Süleymanova isə möhkəm bir sistem qurdu: onun yaratdığı insan hüquqlarının müdafiə mexanizmi bu gün də uğurla fəaliyyət göstərir.

Ombudsman vəzifəsindən sonrakı fəaliyyət

Ombudsman vəzifəsindən ayrıldıqdan sonra Elmira xanım hüquq müdafiəsi mövzusundan tam uzaqlaşmadı. Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini kimi fəaliyyət göstərərək vəziyyəti izləməyə davam edib.
 

Elmira Süleymanovanın xidmətləri diqqətdən kənarda qalmadı. Onun fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirildi. O, “Şöhrət”, “Şərəf” və “Vətənə xidmətə görə” ordenləri ilə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.


Mükafatları sırasında “Polşa Respublikası qarşısında xidmətlərə görə” ordeni, Beynəlxalq Sülh Mükafatı və digər təltiflər yer alır. 2015-ci ildə o, Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Mədəniyyət müəssisəsinə yeni TƏYİNAT - FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov ABŞ rəsmisi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Messi heç vaxt uduzmadığı stadionda Argentina yığması ilə vidalaşacaq

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər – VİDEO

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

“Yanacağa qənaət, yoxsa texniki nasazlıq?” – Avtobuslarda kondisioner və istilik məsələsinə AYNA-dan CAVAB

Bakıda maşın yandı - VİDEO

Bakıda maşın yandı - VİDEO

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Şəxs bilə-bilə yalan məlumat verərsə... – Nə gözləyir?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Korrupsiya halları ilə bağlı məlumat verənlər necə MÜDAFİƏ OLUNACAQ?

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Paşinyandan TRIPP layihəsi ilə bağlı AÇIQLAMA

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Şəxs korrupsiya ilə bağlı məlumat verdiyinə görə öldürülərsə... – Ailəsi 20 min manat ALACAQ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Korrupsiya barədə məlumat verənlər mükafatlandırılacaq – Məbləğ

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Nəzrin Əliyeva: “İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması ağır humanitar faciədir” – VİDEO

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğrunda döyüşə çıxacaq

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Rusiyanın “ən gözəl motosikletçisi”nin ölümünə görə ona həbs cəzası verildi – FOTO

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Britaniya İsrailin 27 diplomatını ölkədən çıxaracaq?

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Kvebek separatçıları seçkidə qalib gəldi: Əyalət Kanadadan ayrılacaq? – FOTO

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

Qarabağda təsərrüfat qurmaq istəyən fermerlərə ŞAD XƏBƏR

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

ChatGPT-də YENİLİK: Mətnlərə görünməz su nişanı əlavə ediləcək

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Məktəbli uşağı olan şəxslərə şad xəbər - Nazirlik açıqladı

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Fizika üzrə Nobel mükafatı laureatı MƏLUM OLDU

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

Rusiyada evin həyətində ayı başı TAPILDI – FOTO

End of content

No more pages to load

RADİO