Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb.
Belə ki, evində tək yaşayan qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media